sehiyye.info

Professordan qadınları gözəllik salonlarında gözləyən TƏHLÜKƏ barədə XƏBƏRDARLIQ

Professordan qadınları gözəllik salonlarında gözləyən TƏHLÜKƏ barədə XƏBƏRDARLIQ

Göz qələmi və dodaq boyalarının yeni növ koronavirusun yayılmasında təhlükələri açıqlanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri Şöbəsinin rəhbəri Mehmet Ceyhan məlumat verib.

Professor bildirib ki, virusun kosmetik vasitələrlə yoluxma ehtimalı xüsusilə gözəllik salonlarında daha yüksəkdir. O, səbəb kimi, bu cür mərkəzlərdə kosmetik vasitələrin sterilizə edilmədən bir neçə dəfə istifadəsini göstərib.

"Bir göz qələminin 4-5 saat ərzində bir neçə müştəri üzərində istifadəsi yoluxma riskini artırır. Bunun əsas səbəbi isə artıq hamımıza bəlli olduğu kimi, virusun əşyalar üzərində bir neçə saat canlı qalmasıdır", - M.Ceyhan açıqlamasında bildirib.

Professor yekunda yoluxmanın qarşını almaq üçün xanımları gigiyenik qaydalara əməl etməyə, xüsusən də başqalarının gözəllik vasitəsindən istifadə etməməyə səsləyib.//publika



REKLAM