sehiyye.info

Stress orqanizmə necə təsir edir?

Stress orqanizmə necə təsir edir?
Stress orqanizmin gərgin vəziyyətə reaksiyasıdır. Bu zaman beynin göndərdiyi siqnalların nəticəsində ifraz olunan külli miqdarda hormon bütün orqanizmdə dövr edir. Ürək döyüntüləri artır, qan təzyiqi yüksəlir, tənəffüs tezləşir, əzələlərdə gərginlik yaranır.

Sehiyye.info xəbər verir ki, bu sözləri həkim-terapevt Selcan Qafarlı deyib.

O bildirib ki, stress uzun müddət davam edərsə, şiddətli və ya xroniki olarsa, insan orqanizminə zərər yetirə bilər:

"Orqanizm mütəmadi olaraq öz gücünü səfərbər edərsə, yaxud həmişə bu vəziyyətdə olarsa, bunun insana emosional, fiziki və əqli zərəri dəyə bilər. Xroniki stressdən əziyyət çəkən insan vəziyyətə tab gətirmək üçün siqaret, narkotik kimi zərərli vərdişlərə aludə ola, hətta depressiyaya düşə bilər. Stress zamanı insanın davranışı, başqaları ilə rəftarı da dəyişə bilər"



Həkimin sözlərinə görə, stress insanda tükənmə sindromuna səbəb ola və intihar barədə fikirlər yarada bilər:

“Həddindən artıq stress başağrısı, yuxusuzluq, əzələ spazmı, infarkt, insult, diabet, immunitetin zəifləməsi, artıq çəki, hiperventilyasiya və nəfəs çatışmazlığı, həmçinin panik atak kimi ciddi fəsadlara səbəb olar. Bundan əlavə, həzm prosesi pozula- ürəkbulanma, qusma, ishal, qəbizlik kimi problemlər yarana bilər”



REKLAM