sehiyye.info

Qan xərçəngindən əziyyət çəkən gənc həkim Türkiyədə vəfat etdi

Qan xərçəngindən əziyyət çəkən gənc həkim Türkiyədə vəfat etdi
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin vəkili onun səhhəti barədə son açıqlama verib.
Sehiyye.info xəbər verir ki, eks-prezidentin vəkili Şalva Xaçapuridze onun vəziyyətini ölü ilə müqayisə edib.
O, bildirib ki, siyasətçinin səhhəti çox ağırlaşıb:
"Saakaşvili çox ağır durumdadır. Üzü göyərib, əlləri gücsüzdür. Üzünə baxanda sanki meyitdir. Elə bil ki, 2-3 gün qabaq ölmüş insanın simasıdır. Çox ağır durumdadır. Onun xəstəlikləri Gürcüstanda müalicə oluna bilməz".
Vəkil Saakaşvilinin cəzasının həkimlər qəti rəy verənə qədər təxirə salınmasının vacibliyini qeyd edib: "Onun üçün xüsusi yer lazımdır ki, o müalicə olunsun".
Hazırda Saakaşvili may ayından köçürüldüyü özəl klinikada yatır. Amma səhhətində irəliləyiş yoxdur.Bakupost



REKLAM