sehiyye.info

Rəmişin səhhəti necədir?

Rəmişin səhhəti necədir?
Həyat yoldaşı Güllü Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhəti ilə bağlı danışıb.

O, Axşam.az-a açıqlamasında bildirib ki, gitara ifaçısı reanimasiyadan palataya buraxılıb:

"Həkimlər müalicəsini davam etdirirlər. İndi palatada olduğu üçün yanına girə bilirəm. Bütün günü yatır. Mən də tez ayağa qalxmasını gözləyirəm".

Qeyd edək ki, Rəmiş yanvarın 28-də Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın göstərişi ilə xəstəxanaya yerləşdirilib.

O, sirroz, tənəffüs çatışmazlığı, qaraciyər çatışmamazlığı, ağciyər problemindən əziyyət çəkir.



REKLAM