sehiyye.info

Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

Azərbaycanlı həkim Türkiyədə vəfat etdi
Türkiyədə müalicə olunan azərbaycanlı həkim Ramil Həsənli vəfat edib.

Sehiyye.info xəbər verir ki,bu barədə həkimin yaxınları sosial şəbəkələrdə paylaşım edib.
Bir neçə gün əvvəl komaya düşən gənc həkim ötən gecə dünyasını dəyişib.

Qeyd edək ki, 31 yaşlı həkim-kardioloq Ankara Qazi Universiteti xəstəxanasında COVİD-19-dan sonra ağciyərin zədələnməsi diaqnozu ilə müalicə alırdı. 31 yaşlı həkim müalicəsi müddətində təkrar pnevmaniya keçirmiş və vəziyyəti ağırlaşmışdı.
Allah rəhmət eləsin.



REKLAM