sehiyye.info

Narkoloji dispanserdə xəstə öldü

Narkoloji dispanserdə xəstə öldü
Respublika Narkoloji Dispanserində ölüm hadisəsi qeydə alınıb.

Sehiyye.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saat 5 radələrində Maştağa qəsəbəsində yerləşən xəstəxanada müalicə olunan 1971-ci il təvəllüdlü Cəfər Cəlilov naməlum səbəbdən vəfat edib.


İlkin müayinə zamanı onun ölüm səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.



REKLAM