Mingəçevir xəstəxanasında xəstə cərrahın səhlənkarlığı ucbatından öldü.
Sehiyye.info Teref.az saytına istinadən xəbər verir ki,Mingəçevir şəhərində 33 yaşlı Səfərov İmamverdi Şöhrət oğlu əməliyyatdan sonra qəfil dünyasını dəyişib. Xəbərə görə, ölüm hadisəsi şəhər xəstəxanasında qeydə alınıb.
Belə ki, Mingəçevrdə məskunlaşan Ağdam rayon sakini Səfərov İmamverdi Şöhrət oğlu qasıq (qrija) nayihəsindən əməliyyat olunub. Əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilən xəstə bir neçə saat sonra gözlənilmədən dünyasını dəyişib.
Qəfil ölümün hansı səbəbdən baş verdiyi məlum deyil. Meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib.
Hadisə ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatda deyilir ki, Mingəçevir Şəhər Xəstəxanasının cərrahı Məhəmməd həkim qasıq (qrija) nayihəsindən əməliyyat etdikdən sonra damarları tikməyi unudub və xəstənin palataya köçürülməsi ilə bağlı göstəriş verib. Palataya çatana qədər daxili qanaxma səbəbindən xəstə elə palatada dünyasını dəyişib.
Məlumat üçün qeyd edək ki, Səfərov İmamverdi Şöhrət oğlu Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yaşayır, kiçik bizneslə məşğuldur, 3 övladı var. Hadisədən dərhal sonra cərrah ailəyə baş çəkərək 40 min manat (qırx min manat) pul müqabilində onlardan şikayətçi olmamalarını xahiş edib. Hadisənin ən maraqlı tərəfi bundan ibarətdir ki, faktiki olaraq ehtiyatsızlıqdan və səhlənkarlıqdan bir insanın həyatına son qoyan cərraha "gözüm üstə qaş var” deyən olmayıb. Nə Şəhər Prokurorluğu, Nə Şəhər Polis İdarəsi hadisə ilə bağlı ictimaiyyətə geniş məlumat verməyiblər. Məlumatda bircə o qeyd olunub ki, faktla bağl araşdırma aparılır.
Mövzunu diqqətdə saxlayacaq, Mingəçevir Şəhər Xəstəxanasında son 1 ayda baş verən ölüm hadisələri ilə bağlı geniş reportaj təqdim edəcəyik.