sehiyye.info

Vəba xəstəliyi qonşumuza çatdı - ÇOX SAYDA ŞƏXS...

Vəba xəstəliyi qonşumuza çatdı - ÇOX SAYDA ŞƏXS...
İranın qərbində yerləşən Kürdüstan vilayətində 10 nəfər vəba xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Sehiyye.info xəbər verir ki, bunu İranın Kürdüstan vilayəti Tibb Elmləri Universitetinin rektor müavini Fərzam Bidarpur deyib.

Xəstələrin ümumi vəziyyəti qənaətbəxşdir. Analizlərin cavabları bir neçə gün ərzində bəlli olacaq.

F.Bidarpur əlavə edib ki, əhaliyə xam sudan istifadə etməmələri haqda xəbərdarlıq edilib. Həmçinin restoranlarda tərəvəz və göyərtilərin verilməsi qadağan olunub.//azsabah



REKLAM