İranın Ancelina Jolisi həbs olundu.-FOTO
İran İslam Respublikasında özünü Tanınmış Amerika kino ulduzu sayılan Anjelina Joliyə bənzədən,hətta bir neçə dəfə estetik əməliyyat olunan Sahar Tabar həbs olunub.
Sehiyye.info İran mətbuatına istinadən xəbər verir ki,Onun tutulma səbəbi,islam dininə hörmətsizlik,əxlaqsız hərəkətlər və İranda İslama qarşı hörmətsiz çağırışlar olub.
Xəbərdə deyilir ki,21 yaşlı Sahar Tabarın yaşadığı Tehran şəhərində bir neçə dəfə ondan şikayət edilmiş və İslama qarşı hörmətsizlik etdiyini demişlər.Bundan başqa onu,düşmən sayılan ABŞ-nın kino ulduzuna bənzətməsini qəbul etmək istəmədiklərini qeyd etmişlər.Sahar Tabar isə,iddiaları rədd etmiş və şəkillərini göstərərək,heç də Anjelina Joliyə bənzəmədiyini,bunların sadə bir makiyaj olduğunu demişdir.