sehiyye.info

Limfostaz haqqında-həkim məsləhəti

Limfostaz haqqında-həkim məsləhəti

Son vaxtlar Limfostaz xəstəliyi ilə bağlı müraciət edən xəstələrin sayı az deyil.Bu xəstəliyin yaranması ,müalicəsi barədə tanınmış həkim terapevt Nərminə Abbasova Sehiyye.info saytına məlumat verib
Ayaq limfedeması nədir.
Bu xəstəlik limfa axınının pozulmasına səbəb olur. Limfa sistemi lipidləri və zülalları daşıyan çoxlu sayda damarlara malikdir. Limfa limfa düyünlərində süzülür, bundan sonra ümumi qan axınına daxil olur. Ancaq hər an onların işində pozuntu ola bilər.
Limfostaz haqqında-həkim məsləhəti
Limfostaz bu kimi hallarda inkişaf edə bilər:

- limfa düyünlərinin və limfa damarlarının şişləri və zədələmələri nəticəsində,

- cərrahi əməliyyatlardan sonra (limfa düyünləri və limfa damarları xaric olunduqda - məsələn, qadınlarda süd vəzi xərçənginə görə keçirilmiş əməliyyatdan sonra inkişaf edə bilər),

- varikoz xəstəliyi nəticəsində,

- travmalardan (sınıq, çıxıq, yanıqlar və s.) sonra (bunların nəticəsində limfa axarları zədələnir),

- bəzi infeksiyaların nəticəsində (adətən bu stafilokokk və qurd infeksiyaları olur).

Limfostazın müalicəsi uzunmüddətlidir. Müalicə zamanı massaj (həm əl, həm də apparat masajı), xüsusi pəhriz, müalicəvi bədən tərbiyəsi, lazerlə müalicə və s. istifadə olunur. Ən əsası isə limfostazın inkişafına səbəb olan əsas xəstəlik müalicə olunmalıdır (əgər bu mümkündürsə).

Bəzi hallarda limfostazın müalicəsi cərrahi yolu ilə aparı
Limfostazın nisbətən yüngül gedişli mərhələsində ətrafların sistemli şəkildə təzahür edən keçici əlamətləri qeyd olunur.Bu əlamətllər əsasən axşamlar özünü daha çox göstərir və səhərə doğru biraz azalır.Şişkinlik,ağrılar fiziki yüklənmədən və ya uzunmüddətli məhdud hərəkətlilikdən,həmçinin ayaqüstə uzunmüddət qaldıqda artır.
Xüsusi olaraq qeyd etmək istəyirik ki,limfostazla bağlı əziyyət çəkən xəstələri həkim terapevt Nərminə Abbasova hər kəsi müayinə və müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.

Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



REKLAM