sehiyye.info

Limfa sistemini təmizləyən təbii üsullar

Limfa sistemini təmizləyən təbii üsullar
Limfalar bədəndə axan mayelər və toxumlardan ibarət olan mühüm bir sistemdir. Qan dövranı sistemindən fərqli olaraq, limfa sistemi hərəkətin davam etdirilməsi üçün ürəyin köməyinə ehtiyac duymur. Odur ki, limfa sisteminin səmərəli şəkildə işləyə və təmizlənə bilməsi üçün ona kömək etməlisiniz.

Limfa sisteminin yüklənməsi limfatik düyünlərin şişməsinə səbəb olur ki, bu da öz növbəsində, bütün bədəndə ağrılara gətirib çıxarır. Bundan başqa, limfa sisteminin pozulması böyrək və qaraciyərdə zəhərli maddələrin toplanmasına səbəb olur. Dolayısı ilə siz hormonal disbalans, həzm problemləri, qan dövranının pisləşməsi, çəkinin artması və sair bu kimi ciddi narahatlıqlar hiss edəcəksiniz.

Sehiyye.info Publika.aza istinadən oxucuları limfa sistemini tənzimləyən təbii üsullarla tanış edib.

Meyvə yeyin

Ac qarına meyvə yemək detoksifikasiyanı stimullaşdırmaq üçün ən asan və ən dadlı yollardan biridir. Çünki əsasən meyvə turşuları və fermentləri bədən üzərində detokslaşdırıcı təsir göstərir. Limon və qreypfrut ən yaxşı seçimdir, odur ki, səhər yuxudan duran kimi bir stəkan suya limon sıxıb için.

Su için

Limfa sisteminin filtrasiyası, yəni toksin və kimyəvi maddələrin atılması üçün bədənin kifayət qədər suya ehtiyacı var. Gün ərzində bədənin düzgün nəmləndirilməsini təmin etmək üçün 2 litrə yaxın su içmək məsləhət görülür.

Masaj

Masaj toxumaları hərəkət etdirərək limfa sistemini sıxır və nəticədə zərərli maddələri xaric edir. Beləliklə, limfa sistemin işini dəstəkləyir.

Tullanma

Tullanma ürəyin döyünmə tezliyini və qravitasiyasını artırmaq, eləcə də hüceyrələri detoksifikasiya etmək və limfa sistemini stimullaşdırmaq üçün sadə aktdır.

Dəri təmizliyi

Dəri təmizlənməsi duş almadan, sadə fırça ilə bədəni ürək istiqamətində masaj edərək aparılan sadə bir üsuldur. Bu, dərinin ölü heceyrələrdən təmizlənməsinə kömək edir və limfa sistemini stimullaşdırır.

İsti və soyuq duş

İsti sudan soyuq suya keçin. Belə temperatur dəyişikliyi limfalarda mayenin hərəkətinə səbəb olur.

Məşq

Fiziki aktivliyin hər bir forması limfa sistemini stimullaşdırır, qaraciyər və böyrəklərdə mayelərin sərbəst şəkildə dövr etməsinə və bədəndən süzülməsinə təsir edir.

Gülüş

Gülüş sizi dərin nəfəs almağa məcbur edir ki, bu da öz növbəsində, dövriyyəni və ağciyərləri limfa sistemi ilə işləməyə məcbur edir.



REKLAM