"Kəmərləyici dəmrov "dəri xəstəliyi haqqında.Həkim məsləhəti
Son vaxtlar bu xəstəliyinə tez tez rast gəlinir.Kəmərləyici dəmrov qorxulu xəstəlik olmasa da,dəri xəstəliyi kimi suçiçəyi infeksiyasını törədən virusla əlaqədar inkişaf edən infeksion xəstəlikdir.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Kəmərləyici dəmrov- Herpes zoster – suçiçəyi infeksiyasını törədən virusla əlaqədar inkişaf edən infeksion xəstəlikdir. Bu virus Herpes ailəsinə aiddir. Uşaqlıqda keçirilmiş suçiçəyindən sonra bu virus orqanizmdə qalır. Emosional stress, onkoloji xəstəliklər, kimyəvi müalicələr, uzun müddətli hormonal və immunodepressiv müalicə kimi immun müqaviməti zəiflədən hallar zamanı on illərlə “mürgüləyən” Herpes infeksiyası fəallaşır və kəmərləyici dəmrovun inkişafına rəvac verir. Hansı yaşda olmasından asılı olmayaraq suçuçəyi keçirən insan kəmərləyici dəmrova potensial namizəd sayılır. Xəstəliyə əsasən 60 yaşdan yuxarı olanlarda rast gəlinir. Xəstə ilə əlaqəsi olan uşaqlarda isə suçiçəyi infeksiyası inkişaf edir.
Herpes zoster infeksiyası (Zona) vəya Kəmərləyici dəmrov xəstəliyinin törədicisi suçiçəyi xəstəliyinin törədicisi olan Vasrisella zoster virusudur. Suçiçəyi keçirildikdən sonra virus sinir köklərində gizli şəkildə qalır. Daha sonra orqanızm üçün əlverişsiz faktorlara məruz qaldıqda, immunitet zəiflədikdə, stress zamanı, və xüsusən yaşlı insanlarda (50 yaşdan yuxarı) Kəmərləyici dəmrov xəstəliyi ortaya çıxır.
Virus sinirlərdən dəri səthinə gəlir, sinirin yerleşımı boyunca dəridə qruplaşmış, şəffaf maye dolu qabarcıqlar ortaya çıxır. Səpgilər birtərəfli yerləşir. Dəri səpgisindən öncə 1-10 gün həmin tərəfdə ağrı, yanma, batma olur. Ağrı bəzən miokard infarktı, apendisit və s. ciddi xəstəliklərlə qarışa bilər. Daha sonra səpgilər görülür.
Həkim Nərminə Abbasova qeyd etdi ki,kəmərləyici dəmrov ağrili səpgilərə səbəb olan virus infeksiyasidir. Bədənin istənilən nahiyəsində əmələ gəlməsinə baxmayaraq, kəmərləyici dəmrov çox hallarda bədənin sol və ya sağ tərəfində tək bir zolaq kimi rast gəlinir.
Kəmərləyici dəmrov varisella zoster virusu tərəfindən törədilir – bu virus həmçinin suçiçəyi xəstəliyinin də törədicisidir. Suçiçəyi keçirdikdən sonra, virus baş və onurğa beyninin yaxinliğinda inaktiv formada qalir. İllər sonra kəmərləyici dəmrov kimi üzə çixa bilir.
Ölüm təhlükəsi olmasa da, kəmərləyici dəmrov çox ağrili xəstəlikdir. Vaksinlər bu xəstəliyin yaranma riskini
Azaldir, infeksiyanin davam etmə
Müddətini qisaldir və müalicədə yarana biləcək çətinlikləri azaldir.
Simptomlar
Kəmərləyici dəmrovun əlamətləri və simptomlari bədənin bir tərəfində kiçik sahədə görünür. Bunlara aiddir:
Ağri, yanma, keyimə və ya qarişqa yerişinə bənzər hiss
Toxunma həssasliği
Ağridan bir neçə gün sonra üzə çixan qirmizi səpgi
Suluqlar – partalayir və qabiqlanir
Qaşinma
Bəzi insanlarda həmçinin aşağidaki əlamətlər də olur:
Qizdirma
Başağrilar
İşiğa həssasliq
Yorğunluq
Adətən ağri kəmərləyici dəmrovun ilk əlaməti olur. Bəzi hallarda ağri çix intensiv olur. Lokalizasiyasindan asili olaraq, bəzən ağrini ürək, ciyər və ya böyrək problemləri ilə əlaqələndirirlər. Bəzi xəstələrdə kəmərləyici dəmrov sadəcə ağri əlamətləri ilə üzə çixir, səpgilər olmur.
Kəmərləyici dəmrovlu xəstə suçiçəyi keçirməmiş xəstəni virusla yoluxdura bilər. Adətən, səpgilərdəki açiq yaalarla birbaşa təmas olduqda yoluxma baş verir. Birinci yoluxmada xəstədə kəmərləyici dəmrov yox, suçiçəyi xəstəliyi yaranacaq.
Bu xəstəliykdən şübhələr yaranarsa,onun qarşısını almaq üşün gecikmədən müalicəyə başlamaq lazımdır.
Müayinə və müalicə üüçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə müraciət edə bilərsiz.
Ünvan: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207
Tel: (012) 464 86 93; 464 86 94; 464 86 95
Mob: (051) 866 02 20; (051) 567 66 96.