sehiyye.info

Tələbə dərs vaxtı dəhşətli faktı öyrəndi

Tələbə dərs vaxtı dəhşətli faktı öyrəndi
Braziliyada tibb unuiversitetinin tələbəsi tədris vaxtı ağır xəstə olduğunu öyrənib.

Sehiyye.info xəbər verir ki, Tibb fakültəsində dərs zamanı professor tələbələrdən birini nümunə göstərmək üçün yanına çağırıb. O, qızın boynuna və boğazına toxunduqda onun xərçəng xəstəsi olduğunu görüb. Xəstəlik artıq yayılmağa başlayıb. Qıza elə dərsdəcə tiroid vəzi xərçəngi diaqnozu qoyaraq onu yoxlanmağa göndərib.

Məsələ qıza pis təsir etsə də, laborator müayinə professoru haqlı çıxarıb. Lakin hadisə yenə də qız üçün yaxşı nəticə ilə bitib. O, radioloji müalicə ilə sağalıb. //lent.az



REKLAM