sehiyye.info

Doğuş ağrısını hiss etdikdə hamilə olduğunu öyrəndi - FOTO

Doğuş ağrısını hiss etdikdə hamilə olduğunu öyrəndi - FOTO
Kanadanın Spaldinq kəndindən olan Reylin Kueyli hamilə olduğunu öyrəndiyi gün uşaq dünyaya gətirib.

Sehiyye.info BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə "CBC" yazır.

Belə ki, Reylin mağazada işləyərkən bir neçə gün onu narahat edən sancılar güclənməyə başlayıb. O, həyat yoldaşı Qlen Kueyliyə zəng edib.
Doğuş ağrısını hiss etdikdə hamilə olduğunu öyrəndi - FOTOTəcili olaraq xanımının yanına gələn Qlen onu xəstəxanaya çatdırıb. Həkim Reylinin hamilə olduğunu deyərək cütlüyü təəccübləndirib.

Uşağın ürək döyüntüsü eşidildiyinə görə, onlara hamiləlik dövrünün 3 aydan az olmadığı deyilib, lakin qadının təzyiqi yüksək olduğundan o, Saskatun şəhərinə müayinəyə göndərilib. Burada Reylinin artıq hamiləliyin 12-ci yox, 34-cü həftəsində olduğu üzə çıxıb (hamiləlik orta hesabla 38 həftə davam edir).
Doğuş ağrısını hiss etdikdə hamilə olduğunu öyrəndi - FOTO
Qadın vurğulayır ki, doğuş sancılarından başqa, bu müddət ərzində onda hamiləliin heç bir əlaməti olmayıb və artıq son ayda olduğunu öyrənən Reylin həyatının şokunu yaşayıb.

Həkimlər təcili keysəriyyə əməliyyatı keçirmək qərarına gəliblər və 30 dəqiqə sonra Reylin və Qlenin qız uşağı dünyaya gəlib.

Lakin uşaq sağlamlığında bəzi problemlərlə dünyaya gəlib: ürəyi genişlənib, ağciyərlərinə maye yığılıb, böyrəkləri işləməyib. Doğulandan bir neçə gün sonra qızda beyin qanaxması baş verib. Hazırda uşaq müalicə olunur. Çox güman ki, ona serebral iflic (beyin iflici) diaqnozu qoyulacaq.
Doğuş ağrısını hiss etdikdə hamilə olduğunu öyrəndi - FOTOQeyd edək ki, yeni doğulan körpədən başqa, cütlüyün Eva adlı 5 yaşlı qızı var. Onlar ikinci qıza Aliza Linda Kueyli adını veriblər. Ana övladını ilk dəfə doğuşdan yalnız 16 gün sonra qucağına ala bilib.



REKLAM