sehiyye.info

4-cü siniflərə seksual mesajlaşma icbari fənn kimi tədris olunacaq

 4-cü siniflərə seksual mesajlaşma icbari fənn kimi tədris olunacaq
Belçikada növbəti tədris ilindən etibarən orta məktəblərin üçüncü və dördüncü siniflərində seksual mesajlaşma və ya “seksting” icbari fənn kimi tədris olunacaq.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki,dərslər uşaqlara çılpaq şəkilləri yerləşdirmək üçün təzyiqlərə necə müqavimət göstərməyi və yerləşdirdikləri şəkillərdə üzlərini necə gizlətməyi öyrədəcək.

İnternet üzərindən cinsi mesajlaşma və uşaq istismarı halları artdıqdan sonra Belçikada bir çox məktəb şagirdlərini bu barədə xəbərdar etməyə başlayıb. Daha geniş seqmentləri açıq-saçıq cinsi məzmunlu mesajlar və çılpaq şəkil paylaşımları haqqında məlumatlandırmaq üçün bu fənnin məcburi kurs kimi tədris olunması qərara alınıb.//7times.az



REKLAM