Seçenov adına universitetinin Bakı filialında icbaenov Univeri tibbi sığortanın tətbiqinin təkmilləşdirmə proqramı tədris olunacaq
Cari ilin aprelində Rusiya Səhiyyə Nazirliyi İ.M.Seçenov adına Birinci MDTU-nun (Seçenov Universiteti) Bakı filialında dövlət hesabına “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin aktual məsələləri” adlı təkmilləşdirmə proqramı tədris olunacaq. Proqramın tədrisində Seçenov Universitetinin Səhiyyənin Ali İdarəetmə Məktəbinin və Dünya Səhiyyə Təşkilatının aparıcı mütəxəssisləri iştirak edəcəklər.
Seçenov Universitetinin Bakı filialının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun proqramı tibbi təşkilatların fəaliyyətlərinə həsr olunmuş seminarların, mühazirələrin və dəyirmi masaların keçirilməsini nəzərdə tutur.
Proqramın yekununda təkmilləşdirmə kursunun bitirilməsi haqqında sertifikat təqdim olunacaq.
Seçimlər müsabiqə əsasında həyata keçiriləcək.
Dərslər rus dilində aparılacaq.
Sənədlər Bakı şəhəri, H.Cavid prospekti 139 ünvanda qəbul olunur.
Qəbul saatları: 09:00 - 17:00 (bazar və bayram günləri istisna olmaqla).
Sənədlərin qəbul müddəti: 17.02.2020 – 17.03.2020.
Tələb olunan sənədlər: ərizə; şəxsiyyət vəsiqəsinin surəti; ali təhsil haqqında diplomun surəti; elmi dərəcə və elmi adlar haqqında diplomların surəti (əgər varsa); əmək kitabçasının surəti (əsas iş yeri üzrə kadrlar şöbəsindən şöbənin möhürü olmaqla alınmalı); kadrlar uçotunun şəxsi vərəqəsi (əsas iş yeri üzrə kadrlar şöbəsindən şöbənin möhürü olmaqla alınmalı); xasiyyətnamə; tərcümeyi-hal; peşəkar yenidənhazırlanma, ixtisasartırma kurslarının və s. bitirilməsi haqqında sertifikatlar və diplomlar.
Əlaqə nömrələri: +994 12 599-08-10, +994 51 225-77-31.