sehiyye.info

Bu tarixdən həkimlərin maaşı 20-100% artırılacaq, siyahı hazırdır - Millət vəkilləri

Bu tarixdən həkimlərin maaşı 20-100% artırılacaq, siyahı hazırdır - Millət vəkilləri
Azərbaycanda təxminən 8 min həkimin maaşı artacaq.
Sehiyye.info xəbər verir ki,bu barədə Bakupost.az -a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib.
Millət vəkili bildirib ki, iyunun 1-dən qüvvəyə minəcək TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edlilən dəyişikliklərə əsasən, 31 ixtisas üzrə həkimlərin aylıq əməkhaqlarının artırılması nəzərdə tutulur:
“Artım təxminən 8 minə yaxın həkimə şamil olunacaq. Bu artım 1000 manata yaxın nəzərdə tutulub və bu da haradasa iki dəfə artım deməkdir. Bu, həkimlərin sosial rifahının yaxşılaşdırılmasına, eləcə də əhaliyə göstərilən tibbi xidmətlərin yüksəlməsinə xidmət edir. Artıq siyahı da verilib ki, hansı həkimlərdə 100%, hansılarında 20% ilə 90% arasında artım olacaq”.
K.Əliyeva düşünür ki, bu, heç bir halda tibbi xidmətlərin bahalaşmasına səbəb olmayacaq.



REKLAM