sehiyye.info

Əhaliyə ŞAD XƏBƏR: pensiya və maaşlar artacaq - BU TARİXDƏN

Əhaliyə ŞAD XƏBƏR: pensiya və maaşlar artacaq - BU TARİXDƏN
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bir sıra sosial təyinatlı obyektlərin layihələndirilməsi, tikintisi, əsaslı təmiri, bərpa yolu ilə gücləndirilməsi və avadanlıqla təchizatı məqsədilə 20 milyon vəsait ayrılıb.

Arasdırma.info xəbər verir ki,Redaktor.az-ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, mövcud vəsait əhaliyə sosial elektron xidmətlərin göstərilməsinə daha çox yönəldilməlidir. Ümumiyyətlə, sosial sahədəki islahatlar əhalinin yaşam səviyyəsini daha da yaxşılaşdıracaq:

"Gələn il də büdcədən sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində artım proqnozlaşdırılır. Belə ki, 2020-ci ilin dövlət büdcəsində sosial xərclərin ümumü büdcə xərclərindəki payı 38,5 faiz olacaq. Əmək haqlarının verilməsi üçün büdəcədən birbaşa 7 milyard manata yaxın vəsait ayrılacaq. Təqaüd və pensiyaların verilməsi üçün isə büdəcədən ayrılan birbaşa vəsait 13.2 milyard manat olacaq. Ümumlikdə, büdcədənin sosial yönümlü hissəsi onu deməyə əsas verir ki, 2020-ci ildə də əmək haqqları və pensiylarda artım olacaq".



REKLAM