sehiyye.info

Mütəxəssislərdən MESAJ: “Sağlam sperma üçün bu qidalardan uzaq durun”

Mütəxəssislərdən MESAJ: “Sağlam sperma üçün bu qidalardan uzaq durun”
Almaniyanın ən çox oxunan qəzetlərindən biri “Bild” bir araşdırma və müsahibə ilə diqqət çəkib.

Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, Mannheim Universiteti Tibb Mərkəzinin professoru Berthold Hoçerin rəhbərlik etdiyi araşdırma qrupu bəzi qidaların insan orqanizminə, spermaya zərər verdiyini açıqlayıb.

“Bild” qəzetində yayımlanan araşdırmanın nəticələrinə görə, bu qidalar insanların nəvələrinin də sağlamlığına təsir edə bilir.

Mannheim Universitetinin Tibb Mərkəzinin professoru Berthold Hoçerin sözlərinə görə, atanın yüksək yağlı, duzlu və karbohidratlı qidalar qəbul etməsi uşaqda ağır böyrək pozğunluğuna səbəb ola bilər. Bu zamana qədər belə xəstəliklərin uşağa anadan keçdiyi düşünülürdüsə, ilk dəfə olaraq xəstəliklərin ən azı 2 nəsil atadan ötürüldüyü qeydə alınıb.

Çin universitetləri ilə apardığı araşdırmanın nəticələrini paylaşan Hoçer qeyd edib ki, sağlam olmayan qidalanmanın sperma keyfiyyətinə mənfi təsiri ilə birlikdə maddələr mübadiləsi və böyrək pozğunluqlarının iki nəsildən sonraya keçdiyi təyin olunub. “Böyrək xəstəliklərinin sonrakı və ikinci nəsildə də təsirinin olduğu görüldü. Odur ki, yaxşı sperma keyfiyyətinə sahib olmaq üçün qidalanmaya diqqət yetirmək lazımdır. Eyni zamanda antioksidanları artırmaq lazımdır. Qırmızı bibər, brokoli, alma, böyürtkən, reyhan, göyərti, zeytun yağı və hətta qəhvə faydalı ola bilər” , - professor əlavə edib.//publika



REKLAM