Gec yaşda evlənən kişiləri GÖZLƏYƏN TƏHLÜKƏ
Hamı bilir ki, qadının ana olmasının bioloji müddəti var. Bəs kişinin ata olmaq üçün bioloji vaxtı varmı? Mütəxəssislər deyirlər ki, kişilərdə qocalma ilə reproduktiv funksiyaların azalması və sperma keyfiyyətinin azalması baş verir. Belə olan halda ata olmaq üçün ideal yaş nədir?
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, uroloq və androloq Emre Bakırcıoğlu bu barədə əhəmiyyətli məlumatlar verib.
Ekspertin sözlərinə görə, xaricdə sperma bankları 50 yaşdan yuxarı kişilərdən sperma qəbul etmir. Bunun səbəbi sperma keyfiyyətinin yaşla birlikdə aşağı düşməsi ilə əlaqədardır.
Beləliklə, kişilər yaşlandıqca onlarda funksional olaraq hansı dəyişikliklər baş verir?
40 yaşdan yuxarı testosteron səviyyəsi ildə 1 faiz azalır.
Sperma miqdarı qismən eyni səviyyədə davam edə bilər.
İl ərzində sperma hərəkətliliyi azalır.
Sperma keyfiyyəti azalır.
"Bu dəyişikliklərdən başqa, yaşla əlaqədar ereksiya problemi, cinsi əlaqənin tezliyinin azalması kimi digər amillər özünü göstərir. Normal bir insanda hər ürək döyüntüsü ilə 1000 sperma ifraz edildiyi halda, bu keyfiyyət yaşla bərabər azalır. Sperma xromosom anormallıqları artmağa başlayır, xüsusən cinsiyyət xromosomu X və Y xromosoma anomaliyaları artır. Uşaqlarda XXY Klinefelter sindromu və ya XYY sindromunun tezliyi artır. Tək gen xəstəliklərində artım görülür. Bu xəstəliklər nadirdir, lakin uşaqlarda ağır anadangəlmə xəstəliklərə səbəb ola bilər" , - deyə həkim qeyd edib.