sehiyye.info

Tibb Universitetinin professoru vəfat etdi.

Tibb Universitetinin professoru vəfat etdi.
Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev vəfat edib.

Sehiyye.info xəbər verir ki, alim COVID-19 xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının “Əməkdar Həkimi” fəxri adına layiq görülüb. 2011-ci ildən 2019-cu ilədək Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib.

1993-cü ildə Bakı səhəri 2 saylı kliniki xəstəxanasında ixtisaslaşdırılmış Nefroloji və 2006-cı ildə Hemodializ şöbələrini açıb və onlara rəhbərlik edib.

2010-cu ildən eyni zamanda Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Efferent Terapiya Mərkəzinin müdiri təyin olunub.//APA



REKLAM