sehiyye.info

Alzheymer xəstəliyinin müalicəsi üçün yeni istiqamət müəyyən edilib

Alzheymer xəstəliyinin müalicəsi üçün yeni istiqamət müəyyən edilib
İngiltərənin Ridinq Universiteti Alzheymer xəstəliyinin müalicəsi üçün yeni istiqamət müəyyən edib.

Alimlər orqanizmdə müdafiə baryerinin zədələnməsinin beyində yağlı maddələrin toplanmasına səbəb olduğunu irəli sürən nəzəriyyə işləyib hazırlayıblar. Bununla bağlı məlumatlar isə “Journal of Alzheimer's Disease Reports” jurnalında dərc edilən araşdırmada təqdim olunub.

Mütəxəssislər öz fərziyyələrini lipid invaziya modeli adlandırıblar. Bu fərziyyəyə görə, hematoensefalik baryerin (qan-beyin baryeri) zədələnməsi səbəbindən beyinə daxil olan lipidlər (yalnız az miqdarda maddələrin beyinə keçməsini təmin edən beyindəki kiçik qan damarları sistemi) neyrodegenerativ xəstəliyin əsas səbəbi hesab olunur.

Tədqiqatçıların fikrincə, bu fərziyyə xəstəliyin diaqnostikası və müalicəsi üçün yeni imkanlar aça bilər. Bundan əlavə, əldə edilən məlumatlar da deməyə əsas verir ki, həyat tərzində yaranan müəyyən dəyişikliklər qan-beyin baryerinə təsirin azalması hesabına Alzheymer xəstəliyinin inkişaf riskini azaltmağa kömək edə bilər.//oxu.az



REKLAM