sehiyye.info

İnsanın beyin həcminin böyük olması qida ilə izah edilib

İnsanın beyin həcminin böyük olması qida ilə izah edilib
Alimlərin fikrincə, meyvə pəhrizi beyni inkişaf etdirməyə kömək edir

Mümkündür ki, meyvələrin yeyilməsi insan əcdadlarının böyük beyin inkişaf etdirməsinə səbəb olub. New-York Universitetindən olan alimlər bu qənaətə gəliblər.

Sehiyye.info xəbər verir ki,bu fikirlər antropoloqlar arasında yayılan nəzəri baxışlarla ziddiyyət təşkil edir. Beləki, antropoloqiya üzrə mütəxəssislərə əsasən beyinin inkişafı insan əcdadlarının sosial ünsiyyətilə bağlı ola bilər.

Bu nəzəriyyənin tərəfdarlarına görə, primatlar daha böyük və daha çətin sosial qruplarda toplaşır. Belə çətin münasibətlər isə daha mürəkkəb və daha böyük beyin tələb edir.

New-York universitetindən olan James Khayem və onun həmkarı Alex de Kazien müxtəlif canlıların, meymun, lemur və insan kəlləsinin ölçülərini araşdırıblar.

Ümumilikdə 140 primat üzərində tədqiqat aparılıb.

İlk dəfədir ki, alimlər bu məsələ ilə bağlı böyük həcmdə məlumatları təhlil ediblər. Nature Ecology and Evolution jurnalında dərc edilən tədqiqata görə, onlar qəbul edilən nəzəriyyəni şübhə altına alıblar.

Onlar beyinin ölçüsünü canlının saxladığı pəhrizlə əlaqələndirirlər. Alimlər canlıların beyin ölçüsünü və müxtəlif sosial göstəricilərini araşdırıblar.

Məsələn, onların daxil olduğu ölçü qrupu və sosial quruluşu. Sosial əlaqələr barədə nəzəriyyə yalnız yaşayan oranqutanların niyə böyük beyni olduğunu izah edə bilmir.

Alimlərin qənaətinə görə, meyvə yeyən primatların beyni yarpaq yeyən canlılarınkından daha böyükdür. Beləliklə, alimlər meyvədə bəsləyici qidaların yarpaqlardankından daha çox olduğunu söyləyirlər.

Bundan başqa, belə pəhriz primatlardan müəyyən güc tələb edir.

Məsələn, meyvələr bərabər şəkildə və eyni məkanda paylanmayıb. Alimlərin fikrincə, meyvələri tapmaq üçün müəyyən səy göstərmək lazımdır.

Meyvə yeyən meymunlar adətən böyük məsafədə səyahət edirlər. Buna görə onlar böyük qruplar yaradırlar.

Alimlərin sözlərinə görə böyük primatlardan ibarət qrup kiçik qrupları meyvə ağacından qova bilərlər. Beləliklə, bu iki nəzəriyyə arasında əlaqə var.//BBC



REKLAM