sehiyye.info

Dəhşətli nəticə - Beyinə də sıçraya bilər

Dəhşətli nəticə - Beyinə də sıçraya bilər
Siqaretin daha bir zərəri aşkar olunub.

Sehiyye.info Publika.aza istinadən xəbər verir ki, araşdırmalara görə, nikotin ağciyər xərçənginin beyinə sıçramasına gətirib çıxara bilər. Araşdırma çərçivəsində 281 ağciyər xərçəngi xəstəsi ilə siqaret çəkənlər arasında beyin xərçəngi metastazına daha çox rast gəlindiyi görülüb.

Məlum olub ki, nikotin beyin şişinin inkişaf ehtimalını birdən-birə artırır, beyindəki immun hüceyrə növü olan mikroqlinin səthindəki reseptorlara bağlanır və bu, çıxan şişlərin böyüməsinə səbəb olur. Digər tərəfdən də mütəxəssislər xrizantema bitkisində olan partenolid tərkib hissəsinin mikroqlinin M2 formasına çevrilməsinin qarşısını aldığını müəyyən ediblər.



REKLAM