sehiyye.info

Bir qədəh şərab: Ürək sağlamlığı üçün XEYİRLİDİR?

Bir qədəh şərab: Ürək sağlamlığı üçün XEYİRLİDİR?
Massaçusets Ümumi Xəstəxanasının alimləri, Massaçusets Texnologiya İnstitutunun və Harvardın (ABŞ) mütəxəssisləri ilə birlikdə, bir qədəh şərab kimi az miqdarda spirt içməyin ürək sağlamlığı üçün faydalı olması ilə bağlı iddiaları ilk araşdırmalarında şübhə altına alıblar.

Sehiyye.info xəbər verir ki, müəlliflər orta yaşı 57 olan və həftədə orta hesabla doqquz porsiya içki qəbul edən 370 000-dən insanların məlumatlarını təhlil ediblər.

Məlum olub ki, eksperimentdə orta və ya az miqdarda içki qəbul edən bir çox iştirakçı, bir qayda olaraq, alkoqoldan imtina edənlərlə müqayisədə daha sağlam həyat tərzi keçirir.

Məsələn, onlar daha çox fiziki fəaliyyət göstərirlər və daha çox tərəvəz yeyirlər, daha az siqaret çəkməyə və ya heç çəkməyə meyllidirlər.

Bundan əlavə, alimlər iştirakçılardan götürülmüş nümunələrin genetik analizini aparan zaman müəyyən ediblər ki, alkoqoldan sui-istifadəyə genetik meyli olan insanlar həqiqətən də çoxlu miqdarda alkoqol qəbul edir və hipertoniya və ürək-damar xəstəliklərindən əziyyət çəkirlər.

Bütün bunlar o deməkdir ki, şərabın sağlamlığa faydalarını təsdiqləyən heç bir dəlil yoxdur və ürəyə və ya qan damarlarına fayda verəcəyinə ümid edərək spirtli içki içməyə dəyməz.//lent.az



REKLAM