sehiyye.info

Şərab içərək sağlamlığınızı qoruyun - FAYDALARI

Şərab içərək sağlamlığınızı qoruyun - FAYDALARI
Aristokratların içkisi şərab diabetdən təkrar sığortalanmaq üçün vacibdir.

Bizim.Media şərabın bilmədiyiniz faydalarını təqdim edir:

Şərab stress əleyhinədir

Şərab insan bədəninə depressiya əleyhinə maddə kimi təsir edir. Bunu "Predimed"dən olan tədqiqatçılar da sübut ediblər.

Yeddi il ərzində müxtəlif növ alkoqol qəbul edən 5500 insanın nəticələri təhlil edilib. Məlum olub ki, həftədə 2-7 qədəh şərab içən insanlar daha az depressiya ilə üzləşir. İçməyənlərdə isə bu göstərici fərqli olub.

Şərab kosmetika vasitəsidir

Alkoqolun üz dərinizə mənfi təsir etdiyini düşünürsünüz? Bəli, burada həqiqətlər var, amma quru qırmızı şərab "qara siyahı"ya daxil deyil.

Kaliforniya Universitetinin alimləri şərabdakı yüksək miqdarda antioksidanın bakteriyaların artmasına maneə törətdiyini və sızanaq potensialını azaltdığını sübut ediblər (ancaq dərman kimi mövcud deyil).

Antioksidanlar dərini cavanlaşdırır və elastikliyini artırır, cavanlaşma prosesinə də təsiri var.
Şərabdakı antioksidanlar dəriyə müsbət təsir göstərir! Ancaq içdiyiniz zaman ağıllı istifadə etməyi unutmayın və həddən artıq qəbul etməyin.

Şərab diabetdən müdafiədir.

Şərab depressiya ilə mübarizə aparmaqla yanaşı, diabetdən də qoruyur. Bu faktı Cənubi Danimarka Universitetindən olan tədqiqatçılar təsdiqləyiblər.



REKLAM