sehiyye.info

Çox içənlərin nəzərinə - Hansı dozada alkoqol infarkt edir?

Çox içənlərin nəzərinə - Hansı dozada alkoqol infarkt edir?
Alimlər az miqdarda içkinin orqanizmə müsbət təsiri, damarları təmizləməsi barədə inanclara aydınlıq gətirib.

Hansı dozada alkoqol orqanizm üçün ölümcül zərərlidir?

Sehiyye.info xəbər verir ki, hələ 1990-cı ildə alimlər sağlamlıq üçün yol verilən təhlükəsiz doza ilə bağlı araşdırma ediblər.

Bir çox elmi tədqiqatlar sübut edir ki, az miqdarda qırmızı şərab, çaxır ürəyin koronar damar xəstəliklərinin yaranmasının qarşısını alır.
2006-cı ildə italiyalı alimlər 35 elmi araşdırmanın nəticələrinin yekunu olaraq alkoqolun qram dozalarla sağlamlığa təsirini
qiymətləndiriblər.

Bir doza 10 qram etanol miqdarı hesab olunur.

Qrafikə əsasən, müəyyən dozada spirtli içki həm kişi, həm də qadınlarda ölüm riski daşıyır.
Kritik həddə alkoqol miqdarı qadınlar üçün sutkada 1-2 doza, kişilər üçün 3-5 dozadır.

ABŞ, Kanada alimləri tərəfindən 84 elmi araşdırmanın təhlili göstərib ki, sutkada 2,5 qram spirt qəbulu ürək-damar xəstəlikləri riskini 15-20%, insult riskini isə 25-35% azaldır.


Alkoqol, əslində, müdafiə təsirinə malikdir, bir şərtlə ki, təhlükəli həddi aşmasın.
Alimlər kişilərə həftədə 190 qram, qadınlara isə 98 qram pivə və ya şərab tövsiyə edir.

Lakin bir çox ölkələrdə bu miqdar təhlükəlidir və onun yarısı ziyansız hesab edilir.

Nəhayət, 2018-ci ildə The Lancet dərgisində çıxan yeni elmi araşdırma ilə 19 ölkənin sakinləri arasında aparılan tədqiqatın nəticələri ayrı rəqəmləri ortaya çıxarıb.

Həftəlik 196 qram içki qəbul edən 40 yaşdan yuxarı kişilər digərlərindən 2-3 il az ömür yaşayıblar.


Ən pis proqnozlar isə pivə sevənlərdə idi. Bu içkidə təhlükəsiz hədd yoxdur və pivə daha çox ürək infarktına səbəb olur.

18 min insanı əhatə edən ən son elmi araşdırmada isə həftədə 50-150 qram içkinin ürək-damar xəstəlikləri riskini azaltdığı məlum olub.
Həftədə bu qədər dozadan artıq alkoqol qəbulu sağlamlıq üçün zərərlidir və erkən ölüm riskini artırır.

Spirtli içkinin genetik populyasiyada xərçəng yaratdığını isə Çin alimləri sübut edib.


Bir çox ölkələrin əhalisində genetik olaraq spirtli içkiyə qarşı dözümsüzlük var və içki bu insanlarda qida borusu, mədə xərçəngi yaradır.
İnsanın genetik mutasiyasında etanolun parçalanması pozulubsa, bu insana spirtli içki qəti qadağandır. Genetik uyğunsuzluğu isə çox insan bilmir, bunu yalnız bahalı genetik analizlərlə təyin etmək olur.//bakupost



REKLAM