sehiyye.info

Qanda şəkərin miqdarını azaltmağın DÖRD YOLU

Qanda şəkərin miqdarını azaltmağın DÖRD YOLU
Amerikalı həkimlər qanda şəkərin səviyyəsini azaltmağa kömək edə biləcək dörd sadə üsul açıqlayıb.

Sehiyye.info xəbər verir ki, məqaləni "Eat This, Not That" nəşriyyatının ekspertləri açıqlayıb.

Dr. Emi Xiss-Fişlin sözlərinə görə, sağlam və düzgün qidalanma qanda şəkər səviyyəsinin yüksəlməsinin qarşısını almağa kömək edəcək. O, istifadə edilən şəkər və karbohidratların miqdarını izləməyi, alkoqol qəbulunu məhdudlaşdırmağı və daha çox tərəvəz, meyvə və tam taxıl yeməyi məsləhət görür.

Xess-Fişl həmçinin müntəzəm məşq etməyi tövsiyə edir, çünki məşq qanda qlükoza səviyyəsini saxlamağa kömək edir. Bununla belə həkim xəbərdarlıq edib ki, bir insana artıq hipoqlikemiya diaqnozu qoyulubsa, məşq dayandırılmalıdır, çünki onlar nəinki şəkər səviyyəsini azaltmağa kömək etməyəcək, həm də onu daha da yüksəldə bilər.

Tibb elmləri doktoru Maykl Lin hesab edir ki, sağlam çəkidə qalmaq, eyni zamanda, artıq çəkidən qurtulmaq da şəkər səviyyəsini normallaşdıra bilər.

"Bizim tədqiqat göstərir ki, bir xəstə bir neçə ildir 2-ci tip diabetdən əziyyət çəksə belə arıqlamaqla xəstəliyin remissiyaya salınması tamamilə mümkündür', - Lin qeyd edib.

Şəkər səviyyəsini azaltmağın başqa bir vacib yolu da var. Həkimlər əmindir ki, stress səviyyələrini nəzarətdə saxlamaq olduqca effektiv təsir göstərir.

Amerika Diabet Assosiasiyasının araşdırması göstərir ki, stress hormonlarının həddindən artıq istehsalı qlükoza səviyyəsini artıra bilər. Bundan əlavə, daimi stress altında olan insanlar pis qidalanır və çox vaxt idman etmirlər, bu da onları avtomatik olaraq risk altına qoyur.//publika



REKLAM