sehiyye.info

Necə cavan qalmaq olar? - Trista Best SİRRİ AÇDI

Necə cavan qalmaq olar? - Trista Best SİRRİ AÇDI
Amerikalı diyetoloq Trista Best 50 ildən sonra orqanizmin qocalmasını ləngidən qidaları adlarını açıqlayıb.

Sehiyye.info xəbər verir ki, onun məsləhətləri "Eat This, Not That!" nəşrində dərc edilib.

Pəhrizə bitki mənşəli qidaların əlavə edilməsi tövsiyə olunur. O izah edib ki, tərəvəz, taxıl, qoz-fındıq, toxum, paxlalılar və meyvələrin müntəzəm istehlakı orqanizmdə iltihabı aradan qaldıraraq, qan təzyiqini sabitləşdirərək və sağlam çəki saxlamaqla uzunömürlülüyü artırır. Bundan əlavə, bitki mənşəli qidalar ürək xəstəliyi, 2-ci tip diabet və xərçəng riskini artıran zərərli maddələrin səviyyəsini azaltmağa kömək edir.

Diyetoloq əlavə edib ki, qluten yaşlanma prosesini sürətləndirməyə də kömək edə bilər:

"Problem ondadır ki, insanların çoxu qlütenlə bağlı zəngin məlumata malik deyillər. Tərkibində həmin maddə olan qidaları yeməyə davam edirlər. Qluten bədəndə iltihabı tətikləyə bilir. Ekzema və sedef kimi vəziyyəti pisləşdirə bilər. O, həmçinin erkən yaşlanma üçün risk faktorlarından biri hesab edilən orqanizmdə oksidləşdirici prosesləri gücləndirir".

O, tərəvəzlər, meyvələr, taxıl, paxlalılar, yumurta, yüksək yağlı süd məhsulları və orqanik ədviyyatlar kimi təbii, işlənməmiş qidaları seçməyi məsləhət görüb:

"Bütün qidalarla saxlanılan pəhriz qanda qlükoza səviyyəsini artıran daha az təmizlənmiş karbohidratlar istehlak etməyə imkan verir.

Aralıq dənizi pəhrizi qocalma prosesini yavaşlatmağa kömək edir. Çünki pəhrizdə iltihab əleyhinə omeqa-3 doymamış yağ turşularında yüksək olan qidalar var".//publika



REKLAM