sehiyye.info

Bu məhsullar oynaq ağrılarını gücləndirir

Bu məhsullar oynaq ağrılarını gücləndirir
Bəzi qidalar xroniki oynaq ağrılarını artırır.

Sehiyye.info xəbər verir ki, bu barədə amerikalı diyetoloq Trista Best danışıb.

Həkim revmatoid artritli insanlara tərkibində qlüten olan qidaları rasiondan çıxarmağı tövsiyə edib. Bunun əvəzinə daha çox yağlı dəniz məhsullarının və ya Omeqa-3 turşuları ilə zəngin olan ispanağın faydalı olduğunu bildirib.

Sağlam qidalanma mütəxəssisi Cennifer Diqs də mağazadan alınan peçenye və qazlı içkilərin iltihabın ümumi səbəbi olduğunu qeyd edib: “Şəkər oynaqlarda ağrıları, o cümlədən fəsadları artıra bilər, çünki bu cür ağrıların demək olar ki, hər bir halı iltihabla əlaqələndirilir”.

Diyetoloq Betsi Fiarsın fikrincə, oynaq ağrılarına rasionda lif çatışmazlığı, həmçinin ağ çörəyin çox olması da təsir edə bilər. Ekspert ağrıdan əziyyət çəkənlərə daha çox meyvə-tərəvəz və qaynadılmış ət yeməyi tövsiyə edir.//publika



REKLAM