sehiyye.info

Azərbaycanda 10 mindən çox aktiv koronavirus xəstəsi var - RƏSMİ

Azərbaycanda 10 mindən çox aktiv koronavirus xəstəsi var - RƏSMİ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 785 670 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib, aktiv xəstə sayı 10 880 nəfərdir.

Ölkədə son sutka ərzində 3 860, hazırkı dövrədək isə 6 554 964 test aparılıb.



REKLAM