Azərbaycanda koronavirus infeksiyasına 803 yoluxma faktı qeydə alınıb, daha 212 nəfər sağalıb
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, daha 212 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 48 min 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 831 nəfər müalicə olunaraq sağalıb, 656 nəfər vəfat edib. Aktiv xəstə sayı 6734 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 270 min 144 test aparılıb. Bugünkü test sayı isə 9951-dir.//Azertac