sehiyye.info

Gözəllik müsabiqəsində ikinci olan model tanınmaz hala düşüb.Uğursuz estetik əməliyyat...

Gözəllik müsabiqəsində ikinci olan model tanınmaz hala düşüb.Uğursuz estetik əməliyyat...
Rusiyanı beynəlxalq gözəllik müsabiqəsində təmsil edən və ikinci yerə layiq görülən Yuliya Taraseviçin üzü tanınmaz hala düşüb.

Sehiyye.info xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Yuliyanın keçirdiyi uğursuz estetik əməliyyatlar olub. O, üzgərmə, blefaroplastika və mini-liposaksiya əməliyyatı keçirib. Bundan sonra o, nə gözlərini yuma, nə də üz əzələlərini hərəkət etdirə bilib.

Yuliya sifətində yaranan bu qüsurlardan sonra əməliyyatı həyata keçirən 2 həkimə qarşı cinayət işi qaldırıb. Həkimlər isə modelin üzündə yaranan fəsadların aşkar edilməmiş genetik qüsurdan yarandığını iddia edirlər.

Yuliyanın sözlərinə görə, o, sözügedən əməliyyatlara 3 000 funt sterlinq xərcləyib. Daha sonra üzü şişən və iltihablanan model müalicəyə 20 min funt sterlinq ödədiyini, lakin heç bir nəticə almadığını vurğulayıb.

"Gözəlləşmək və sağlam üzə sahib olmaq üçün onların (red. - əməliyyatı həyata keçirən həkimlərin) yanına getdim. İstədiyim tək şey üzümdəki yaşlanma izlərini ortadan qaldırmaq idi. Təəssüf ki, sağlamlığımı itirdim. Gözlərim bağlanmır, gülə, üst dodağımı hərəkət etdirə bilmirəm. Üzümün bir hissəsi işləmir” - deyə, Yuliya açıqlayıb.
//axsam.az

REKLAM