Öz ağlı ucbatından bu hala düşdü.
Türkiyənin İzmir şəhərində öz ağlı ucbatından qadının sifəti pis hala düşüb.
Sehiyye.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhərdə yaşayan 24 yaşlı qadın, "gənclik peyvəndi" adlanan prosedurdan istifadə edib və bundan sonra üzündə və boynunda yüzlərlə düyün əmələ gəlib.
Hadisə baş verən zaman tətbiqi həyata keçirən gözəllik mərkəzinin sahibinə qarşı şikayət edilib və onun barəsində cinayət işi açılıb.
Hollandiyalı ana və türk ata qızı Seline Ferah Çalışkan, vəkili vasitəsi ilə İzmir Baş Prokurorluğuna verdiyi vəsatətdə, əvvəllər getdiyi Konak bölgəsindəki gözəllik mərkəzində "dərisini nəmləndirmək üçün" gənclik peyvəndi tətbiq olunmasını tövsiyə etdiyini bildirdi.
Bunun üçün 5.000 lirə ödədiyini qeyd edən gənc qadın, tətbiqdən sonra üzündə və boynunda şişkinlik olduğunu və qaşınma və ağrı səbəbiylə xəstəxanada gecələdiyini bildirdi.