Bu qidanı həyatınızdan birdəfəlik çıxarın – Kardioloq
Kardioloq Anna Koreneviç insanlara imtina etməli olduqları qidanı açıqlayıb.
Sehiyye.info medicina.az-a istinadən xəbər verir ki, ürək damarlarını tıxanayn xolesterin kərə yağında daha çox oduğu üçün bir çox xəstələr zeytuna, spled yağa keçir. Bunu bəzən həkimlər də tövsiyə edir.
Kərə yağına analoq olan süni spred yağ süddən və bitki yağlarının qarışımından hazırlanır.
Əvəzedici yağın yağlılıq dərəcəsi 39% olur.
Kardioloq Anna Koreneviç öz kanalında ürək-damar xəstələri və qanında xolesterin yüksək olanlara spred yağ yeməyi qadağan edib.
“Bu tamamilə faydasız yağdır. Spred yağ mahiyyət etibari ilə transyağdır, bu yağ kərə yağından dəfələrlə zərərlidir.
Ümumiyyətlə, trans yağ, yağ əvəzedicisi və spredi həyatınızdan çıxarın.
Eləcə də yarımfabrikatlar, tərkibində spred yağ olan qidaları da yeməyin. Adətən belə qidalar daha ucuz olur. Bunun əvəzində 10 qram təmiz fermer kərə yağı yemək daha məsləhətdir.
Qeyd edək ki, spred yağlar marketlərdə kifayət qədərdir, bu yağlarda bitki və süd yağları qarışdırılır. Yağların üzərində spled spred sözlərinə rast gələ bilərsiz.