Bolqarıstanda qızılca xəstəliyinə tutulanların sayı 355 nəfərə çatıb
Sehiyye.info xəbər verir ki,Bolqarıstanda qızılca xəstəliyinə tutulanların sayı 355 nəfərə çatıb. Səhiyyə nazirliyinin məlumatına əsasən Sofiya rayonunda 148, Blaqoevqradda 120, Sofiya şəhərində 77, Burqas və Pernikada 3, Kyustendildə 2, Veliko-Tırnovo və Plovdivdə 1 nəfər xəstə qeydiyyata alınıb. Xəstəlik əsasən azyaşlılarda daha çox rast gəlinir. Belə ki, 1-4 yaşında olan uşaqlar arasında 130, 5-9 yaşında olan uşaqlarda 83, 10-14 yaşında olanlar arasında 9, 15-19 yaşında olanlarda 12, 20-24 yaşında olanlarda 13, 25-29 yaşında olanlarda 14, 30-34 yaşında olanlarda 5, 35-39 yaşında olanlarda 14, 40-dan yuxarı yaşı olanlarda 10 qızılcaya yoluxma halı qeydə alınıb.