Sevgililər Günü ərəfəsində tənha olanlara psixoloq məsləhəti
İlin müəyyən günündə "xoşbəxt olmaq və sevilmək" kimi qeyd olunması bəzi insanları özünü bədbəxt hiss etməsinə gətirir.
Bunu rusiyalı pedaqoq-psixoloq, ailə münasibətləri üzrə ekspert Mila Levçuk 14 fevral - Sevgililər Günü ərəfəsində tənha insanların vəziyyəti barədə danışarkən bildirib.
O, belə insanlara həmin günün xüsusi olduğunu bilməzdən əvvəl necə olduğunu xatırlamağı məsləhət görüb.
"Sizə xaricdən heç nə təsir etmir. Yeni informasiya sizin ancaq gözləntiləriniz və özünüzü qiymətləndirmənizi dəyişir. Gözləntiləri və qiymətləndirməni bir kənara qoyun. Gün adi gündür. Bu həqiqəti unutmayın", - deyə ekspert bildirib.
Lakin Levçuk bayram kontekstinin - sosial media yazılarının, reklamların, ətrafda əllərində çiçəklər və hədiyyələr olan insanların olmasının "Sevgililər Günü"nə tamamilə məhəl qoymamağa mane olduğunu vurğulayıb.
Psixoloq tənha adamları bu kontestdə yüklənməməyə və bayramı sevdikləri ilə keçirənlərə həsəd aparmamağa çağırıb.
"14 fevral sevgi göstərmək üçün gözəl fürsətdir. Bəzi insanların səbəbə ehtiyacı yoxdur, bəzilərinə isə bu mane olmur. Ancaq unutmayın ki, mütləq diqqət əlamətinə ehtiyac duyan biri var: bu, insanın özüdür! Həmin gün özünüzlə romantika təşkil edin - bir hədiyyə seçin, əvvəllər pul xərcləməyə heyifsiləndiyiniz bir şeyi özünüzə icazə verin", - deyə mütəxəssis davam edib.
Levçuk həmçinin istirahət, ləzzətli yemək və xoş bir hadisə ilə insanın özünü sevindirməyi (məsələn, köpük vannası qəbul etməyi və ya sevdiyi filmə baxmağı) məsləhət görür./Oxu.az