sehiyye.info

İnsanlar özünü buna görə tənha hiss edir - Həkim

İnsanlar özünü buna görə tənha hiss edir - Həkim
İnsanın niyə özünü bədbəxt hiss etdiyinin və kifayət qədər sevilmədiyinin səbəbi açıqlanıb.

Sehiyye.info xəbər verir ki, bu barədə Rusiya Klinik Endokrinoloji İnstitutunun direktoru, professor Yekaterina Troşina danışıb.

Həkimin sözlərinə görə, insan beyni hisslərin kristallaşmasına cavabdeh olan bir çox aktiv maddə - biogen aminlər istehsal edir və hormonlar sonradan bu hissləri gücləndirir:

"Dopamin ünsiyyətdə həzz hissi yaradır, emosional istilik dərəcəsini artırır və özünə inam yaradır. Serotonin - əhval dəyişikliyindən, emosional, xoşbəxtlik və məmnunluq hisslərindən məsuldur. Yetərli deyilsə, sevgi əzabı, sevgi depressiyası olacaq".

Troşina oksitosinin əzabları düzəltməyə, narahatlıq və gərginlik səviyyəsini azaltmağa kömək etdiyini də vurğulayıb:

“Təəccüblüdür ki, oksitosin səviyyəsini yüksəltmək üçün yalnız bir qucaqlaşma kifayət edir. İnsan nə qədər tənha olursa, oksitosini bir o qədər az olur. Bu həssaslıq hormonu olmayan insan daha çox qorxu yaşayır”axar.az



REKLAM