sehiyye.info

Ərlə arvad ayrı otaqlarda yatsınlar – Məşhur siyasətçidən ÇAĞIRIŞ

Ərlə arvad ayrı otaqlarda yatsınlar – Məşhur siyasətçidən ÇAĞIRIŞ
Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin fikrincə, evli cütlüklər fərqli yataqlarda və otaqlarda yatmalıdırlar. Onun sözlərinə görə, bu halda bir-birlərini narahat etmirlər və bir-biriləri üçün darıxmağa vaxtları olur.

Sehiyye.infonun Rusiya mediasına istinadla xəbər verir ki, siyasətçi bunu Sevgililər Günü ərəfəsində gənclərlə görüşündə deyib.

Onun sözlərinə görə, ər və arvad, ümumiyyətlə, eyni yatağa yıxılır və nəticədə bir-birlərinə "bütün gecəni yatmağa mane olurlar və kifayət qədər yatmırlar".

Ancaq iki mənzil eyni pilləkəndə olduqda, ər və arvad hər dəfə sevgililər kimi görüşürlər.//lent.az



REKLAM