sehiyye.info

Gəncədə 10 yaşlı uşağın ölüm səbəbi açıqlandı - YENİLƏNİB

Gəncədə 10 yaşlı uşağın ölüm səbəbi açıqlandı - YENİLƏNİB
Gəncədə ölən azyaşlının ilkin ölüm səbəbi açıqlanıb.

Sehiyye.info xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu gün şəhərin Yeni Qəsəbə adlanan ərazisində ölən 2012-ci il təvəllüdlü Əli Əlizadənin valideynləri uşağın qıcolmadan öldüyünü bildiriblər.

Uşağın anadangəlmə epilepsiya xəstəliyinin olduğu bildirilib.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.



REKLAM