Göbələkdən zəhərlənib ölən uşaqların FOTOLARI - YENİLƏNİB
Qax rayonunda göbələkdən zəhərlənən uşaqlardan digəri də vəfat edib.
Oxu.Az-ın məlumatına görə, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu Klinik Tibbi Mərkəzin Tokiskologiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə ötən gün rayonun Tasmalı kəndində qeydə alınıb.
Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qohumu doqquz yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.
Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Daha sonra xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.
19 oktyabr - 23:25
Qaxda göbələkdən zəhərlənmə baş verib.
"Qafqazinfo"nun məlumatına görə, rayonun Tasmalı kənd sakinləri - 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, onun övladı – 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu və qohumu – 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.
Məlumata görə, Qasımlı Murad Mübariz oğlu xəstəxanada dünyasını dəyişib.