İstanbulda ölən iki azyaşlının ölüm səbəbi “donuz qripi”dir
Bir neçə gün əvvəl İstanbulda xəstəxanaya yerləşdirilən iki azyaşlının ölüm səbəbi H1N1 virusudur (donuz qripi).
Sehiyye.info xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, uşaqların ölüm səbəbi ölkənin Səhiyyə Nazirliyi tərəfindən araşdırılıb. Nəticə etibarilə onların H1N1 virusu səbəbindən vəfat etdikləri bəlli olub.
Türkiyənin Qrip Elm Şurasının son hesabatına əsasən, bu il ölkədə müşahidə edilən qrip viruslarının yarısı xəstəliyin A (H1N1) növüdür. Xəstələrin sayı və artım tempində əvvəlki illərlə müqayisədə çoxalma müşahidə edilməyib, virus növləri və pozitivlik dərəcələrində də heç bir fövqəladə vəziyyət yoxdur.
Qeyd edilib ki, 2009-cu ildə insanlar arasında yayılmağa başlayan A (H1N1) virusu artıq “donuz qripi” olaraq təyin olunmur və normal mövsümi xəstəliklər arasında yer alır.