Hər gün əsəbiləşənlər duzlu xiyar yesin
Turşu xiyar qışda xörəkləri dada gətirən, həm də salatlara əlavə edilən inqrediyentlərdəndir.
Müəyyən miqdarda xiyar turşusu təkcə orqanizm üçün deyil, həm də beyin üçün faydalıdır.
"Smithsonian" elmi jurnalında turşunun nevroz və stresə təsir etdiyinə dair məqalə yayımlanıb.
Tanınmış alim Metyu Hilimeyrin apardığı tədqiqat nəticəsində məlum olub ki, xiyar turşusu qorxunu azaldan, stressi rahatlaşdıran, yuxunu normallaşdıran, gərginliyi aradan qaldıran, emosional vəziyyəti bərpa edən anksiolitik təsirə malikdir.
Turşu məhsulları probiotiklə zəngindir. Bu səbəbdən də onlar həzm sisteminə də müsbət təsir göstərir.
Alimlər hesab edirlər ki, həzm sistemi sağlam olanda beyin də sağlam olur. Gərgin fikirlər xeyli azalır.
Odur ki, özünü həyəcanlı hiss edən adamlar üçün gündə bir ədəd duzlu xiyar faydalıdır.
Təkcə turşuya qoyulmuş tərəvəzlər deyil, fermentləşdirilmiş oxşar məhsullar da emosional vəziyyətə müsbət təsir göstərir. (Aztibb.az)