Hər gün bir xiyar yeyilsə, nə baş verər? - həzm etmək üçün...
Mənfi kaloriya sahib olan xiyarın arıqlamaq istəyənlər üçün müntəzəm istifadəsi tövsiyə olunur
Sehiyye.info xarici KİV-ə istinadla xəbər verir ki, bu tərəvəz orqanizmi təmizləyir və həzm sisteminin işini tənzimləyir.
Bir adam gündə bir xiyar yeyirsə, dəri vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır, şişlik azalır.
Xiyarların 95%-i sudur, qalan beşi lifdir. Tərkibində yağ əmələ gəlməsinin qarşısını alan tartarik turşusu var. Bundan əlavə, orqanizim xiyarı həzm etmək üçün daha çox kalori yandırır.
Onun tərkibində mübadiləni yaxşılaşdıran, qan şəkərini aşağı salan, qan damarlarını xolesterol yığımından təmizləyən dəmir, kalium, fosfor, mis və maqnezium kimi minerallar var.
Xiyar bağırsaq işini normallaşdırmağa kömək edir. Dərini nəmlə doydurduğu, səpgiləri və qızartıları aradan qaldırdığı, kiçik qırışları hamarladığı da bildirilir.
Tərkibindəki fitinlər yaddaşı yaxşılaşdırır və alzheimer xəstəliyi riskini azaldır.
Bəzi insanlar xiyarın xeyrindən çox əks təsirinə məruz qala bilərlər. Belə ki, mədə-bağırsaq traktının - xoralar, qastrit, kolit kimi xəstəliklərdən əziyyət çəkən xəstələrə istehlakı tövsiyə edilmir. Çünki həddindən artıq yeyildiyi zaman onun şirəsi mədə turşusunun səviyyəsini artıra bilər.//publika