sehiyye.info

Xiyarın faydaları: hətta xərçəngə qarşı da istifadə oluna bilər

Xiyarın faydaları: hətta xərçəngə qarşı da istifadə oluna bilər
Əgər xiyar olmasaydı, salatlarımız heç də ləzzətli olmazdı. Pomidor, kələm, soğandan sonra xiyar ən mühüm tərəvəzlərdən hesab edilir ki, dünyanın hər yerində əkilir. Xiyarın tərkibində çox sayda flavonoidlər vardır ki, anti-oksidan xasiyyətini yaradır.
Xiyarın tərkibində Omeqa 3, Omeqa 6, vitaminlərdən A, C, K, B5, kalsium, maqnezium, fosfor, kalium, manqan vardır.



Xiyar xərçəngin qarşısını alar.

Xiyarın xərçəng əleyhinə olduğuna dair tədqiqatlar göstərmişdir ki, xiyardan xərçəng əleyhinə dərman hazırlamaq olar. Belə ki, bu tərəvəz xərçəngin qarşısını ala bilər və inkişaf etməsinə imkan verməz. Xiyar sinə, rəhm, prostat xərçənginə qarşı mübarizə aparır.



Xiyarın dəriyə təsiri.

Xiyarın tərkibində su olduğu üçün dəriyə müsbət təsir qoyar. Onu daha şəffaf və lətif edər. Əgər xiyarın dərisini sevmirsinizsə, onu atmayın. Üz qaşınmasına və gün yandırmasına görə faydalı dərmandır. Əgər gözünüz şişibsə, gözünüzün üstünə xiyar dilimi qoyun. Xiyarın tərkibində olan silsium tüklərin tez uzanmasına yardım edər.



Xiyar ağızın pis iyini aradan aparar.

Xiyarın bir dilimini götürüb ağzınızda 30 saniyə saxlayın. Xiyarın tərkibində olan maddələr ağzınıza pis iy verən bakteriyaları məhv edər. Xiyar suyu diş ətindən əziyyət çəkənlər üçün faydalı dərmandır.



Xiyar sizi arıqladar və həzmi asanlaşdırar.

Xiyarın tərkibində kalori azdır və həm də suyu çoxdur. Ona görə də arıqlamaq istəyənlər üçün çox faydalıdır. Xiyar bədəndə olan zəhərli maddələri dəf edər və həzmi rahatlaşdırar. Əgər qəbizlik probleminiz varsa, hər gün xiyar yeyin.



Xiyar diabeti müalicə edər, qan təzyiqini kontrolda saxlayar.

Xiyar suyunun tərkibində olan hormonlar insulin yaradan hormonlardır. İnsulin isə diabet xəstəliyinə qarşı faydalıdır. Xiyar suyu qanda olan xolesterinin səviyyəsini aşağı salar. Xiyar suyu qan təzyiqini də normada saxlayar.



Xiyar gut xəstəliyinin qarşısını alar.

Xiyarın tərkibində silis maddəsi olduğundan oynaqlar üçün faydalıdır. Xiyarın tərkibində A, C, B1, B6, D vitamini, kalsium, maqnezium, kalium vardır. Xiyar suyunu kök suyu ilə qarışdıran zaman gut xəstəliyinin qarşısını alar və ağrıları sakitləşdirər.



Xiyar dırnaqları sağlam saxlayar.

Əgər əl və ayaq dırnaqlarınız tez-tez qırılırsa, xiyarın tərkibində olan silis bunun qarşısını alar.



Xiyar sidikqovucudur.

Xiyarın tərkibində 90% su vardır. Ona görə də sidikqovucudur. Sidiyin vasitəsilə bədəni zəhərlərdən təmizləyir. Xiyarı davamlı yemək böyrək daşlarını dəf edər.

Xiyar alan zaman təbii yetişdirilmiş qanik xiyar almağa çalışın. Çünki istixana xiyarlarının tərkibində faydalı maddələrlə yanaşı, zəhərli maddələr də ola bilər.



/Deyerler.org/



REKLAM