sehiyye.info

Uşaqlar “Omikron”u necə keçirirlər?

Uşaqlar “Omikron”u necə keçirirlər?
"Artıq iki ilə yaxındır ki bu pandemiya davam edir. Hazırda yayılan koronavirusun yeni növü olan "Omikron”dur. Lakin "Omikron”nun koronavirusun digər ştammlarından fərqi odur ki, mutasiya olunub və insanlar bu xəstəliyi daha yüngül keçirirlər”.

Sehiyye.info xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva AzTV-nin efirində yayımlanan "Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.

O bildirib ki, bu o demək deyil ki, vaksinasiya olunmuş insanlar "Omikron”a yoluxmayacaq:

"Bu, bir faktdır. Digər tərəfdən əgər koronavirus infeksiyasının özü yalnız yaşlılar, xroniki xəstəliyi olanlar arasında daha çox yayılırdısa, "Omikron” uşaqlar arasında sürətlə yayılır. Onu da qeyd edim ki, hətta koronavirus infeksiyası yeni yayıldığı zamanlardan belə uşaqlar hər zaman təhlükə mənbəyi kimi görünürdü. Uşaqkar koronavirusu açıq simptomla keçirməsələr də, böyükləri yoluxdura bilirdilər. Amma bu gün uşaqlar "Omikron”u simptomlar büruzə verərək keçirirlər. Bir növ qrip kimi bu xəstəlik uşaqlar arasında yayılıb.

Uşaqların immun sistemi böyüklərdən zəif olduğu üçün bu gün intensiv terapiyaya ehtiyacı olan uşaqlar üstünlük təşkil edir”.//Azxeber



REKLAM