sehiyye.info

“Omikron”dan daha qorxunc yeni ştam sürətlə yayılır... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ

“Omikron”dan daha qorxunc yeni ştam sürətlə yayılır... - Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Danimarkanın Kopenhagen Universitetinin alimləri ilə Səhiyyə Nazirliyinin ortaq araşdırmasına görə, “omikron BA.2”nin orijinal variantdan qat-qat yoluxucu olduğu açıqlanıb.

Sehiyye.info xəbər verir ki,Publika.az-ın məlumatına görə, alimlər qeyd ediblər ki, ilk nəticələrə əsasən, BA.2 həm peyvənd olunmuş, həm də peyvənd olunmamış insanlarda ilk “omikron” variantı olan BA.1-dən daha asan ötürülə bilər.

Lakin ekspertlər peyvənd olunanların bu virusa yoluxma riskinin daha az olduğu qənaətinə gəliblər. Mütəxəssislər üçüncü doza peyvənd olunanların iki doza peyvəndi olanlara nisbətən daha az virus daşıdığını da vurğulayıblar.

“Omikron” BA.2-nin yaşından, cinsindən və peyvənd vəziyyətindən asılı olmayaraq sürətlə yayıldığını qeyd edən ekspertlər “Bu hadisə bir ev təsərrüfatında baş verdikdə digər ailə üzvlərinə yoluxma nisbəti 39% olur. Halbuki ilk “omikron” variantında bu ehtimal 29% idi. Peyvənd qoruyucu təsirə malikdir. Bununla belə, BA.2-nin məktəblərdə və bağçalarda peyvənd olunmamış uşaqlara yoluxma ehtimalı yüksəkdir”, - deyə bildiriblər.



REKLAM