sehiyye.info

Ürəyimiz ömür boyu neçə litr qan qovur? - Ürəklə bağlı sirli rəqəmlər

Ürəyimiz ömür boyu neçə litr qan qovur? - Ürəklə bağlı sirli rəqəmlər
Ürəyimiz dəqiqədə 60-100 arasında döyünür. Hər sıxılma zamanı bədənimizə təxminən 60-70 ml qan göndərir. Buna ürəyin "atış həcmi" deyilir.

Sehiyye.info xəbər verir ki, Türkiyənin məşhur həkimi və yazarı professor Hüseyn Bozbaşın "Xolesterin həqiqəti" kitadında konkret xəstələrin hekayələri əsasında ürək-qan damarlarının işi, ürək xəstəlikləri barədə dəqiq və qeyr-adi məlumatlar toplanıb. Hazırda bu kitab Azərbaycan dilinə tərcümə edilir.

Həmin kitabdan ürəyin işi ilə bağlı riyazi hesablama və rəqəmləri təqdim edirik:
İstirahətdə olan bir insan üçün dəqiqədə 80 dəfə döyünən və hər atışda 70 ml qan qovan bir ürək üçün;

80x70 = 5600ml (5,6 litr), 1 dəqiqədə qovulan qan,
5,6x60 = 336 litr, 1 saatda qovulan qan,

336x24 = 8.064 litr, 1 gündə qovulan qan,
8.064 x30 = 241.920 litr, 1 ayda qovulan qan,

241.920 x 12 = 2.903.040 litr, 1 ildə qovulan qan,
2.903.040 x 78 = 226.437.120 litr, bir insanın -Türkiyədəki ortalama yaşama dövrü 78 ildir- ömrü boyunca qovulan qan.

Bir dəqiqədə qovulan qanı hesabladıq ve sonra 1 saat, 1 gün, 1 ay, 1 il ve bir ömür boyu ürəkdən vücudumuza gönderilən qan miqdarını tapdıq. Rəqəmlər necə böyüdü deyilmi?

Vücudun ehtiyaclarından asılı olaraq ürək dəqiqədə 5 ilə 35 litr arasında qan qova bilir.
Bütün bu rəqəmlər bizə ürəyimizin nə qədər möcüzəvi bir orqan olduğunu göstərməsi baxımından heyrətamizdir.//medicina.az



REKLAM