sehiyye.info

Bizimkilər ya dərddən içir,ya da kefdən.

Bizimkilər ya dərddən içir,ya da kefdən.
Bizimkilər ya dərddən içir,ya da,kefdən.Adı da,müsəlman ölkəsidir.Hər tində şərab evi ,içki şöbələri...
Ən içməyən ölkələr İndoneziya, Türkiyə, İsrail, Hindistan və Kosta-Rikadır. Ölkəmiz siyahıda yoxdur.

Litvalılar ən çox spirtli içənlərdir. İqtisadi inkişaf və əməkdaşlıq təşkilatının (OECD) noyabr ayında dərc etdiyi hesabat bunu göstərir. Litvalılar ildə adambaşına 12,3 litr spirtli içki içirlər.
Skandinavia ölkələrində isə içki mağazaları konkret yerlərdə və məhdudiyyətləişləyir.Bu da,onların spirtli içkilərdən az istifadə etməsi üçün hesablanıb.

Sehiyye.info xəbər verir ki, sonrakı yerləri Avstriya (11,8 litr), Fransa (11,7), Çexiya (11,6) və Lüksemburq (11,3) tuturlar.

Rusiya gözlənildiyinin əksinə olaraq, siyahıda 7-ci yeri tutur (11,1 litr). 2007-ci ildə Rusiya bu siyahıya başçılıq edib.

Ən içməyən ölkələr İndoneziya (0,3 litr), Türkiyə (1,4), İsrail (2,6), Hindistan (3,0) və Kosta-Rikadır (3,8).

Baxmayaraq ki,müsəlmanlar çoxluq təşkil edən olkəyik,amma Azərbaycanın adı bu siyahıya salınmayıb.



REKLAM