sehiyye.info

Parasetamolun təhlükəli yan təsiri açıqlandı

Parasetamolun təhlükəli yan təsiri açıqlandı
Parasetamol baş ağrısı, diş ağrısı, əzələ ağrılarına qarşı kömək edən, həmçinin qızdırmanı azaldan ən əlverişli və populyar ağrıkəsicilərdən biridir.


Bununla belə, orqanizmin bəzi reaksiyaları müşahidə olunduqda, bu dərmanın istifadəsi təcili olaraq dayandırılmalıdır.

Əgər analgetik həbdən sonra dəri sarımtıl rəngə boyanırsa, ən qısa müddətdə həkimə müraciət etməlisiniz. Belə ki, bu, parasetamolun ağırlaşdıra biləcəyi qaraciyər problemlərinə bir işarədir.

Həmçinin, parasetamol allergiyaya da səbəb ola bilər. Dərmana qarşı allergik reaksiya dəridə qaşınma, qızartı, şişkinlik, qabarcıqlı dəri tökülməsi, eləcə də nəfəs darlığı kimi özünü göstərə bilər.

//oxu.az



REKLAM